Lənkəran seysmik stansiyası
Stansiya haqqında
Lənkəran rayonu Azərbaycanın cənub-şərqində, onlarla kilometr uzanıb gedən Lənkəran ovalığında yerləşir. Rayonun ərazisi Masallı, Lerik və Astara rayonları və şərqdən Xəzər dənizi ilə həmsərhəddir. Relyefinə görə, vilayət iki hissədən ibarətdir:
Lənkəran ovalığı və Talış dağları.
Lənkəran ovalığı Kaynozoyun IV dövrünün çay və dəniz çöküntülərindən, Talış dağları isə III dövrün çökmə və vulkanik süxurlarından ibarətdir.
Geomorfoloji vahidləri- Burovar, Peştəsər və Talış silsilələri, Lənkəran ovalığıdır. Zirvələri - Gömürgöy (2977 m), Qızyurdu (2433 m).
Talış dağlarinda bitən nadir ağaclar bütün dünyada məşhurdur. Xəzər dənizinin bir neçə dəfə qalxıb-enməsi ilə əlaqədar bu ərazidə dəyişikliklər olsa da, ümumilikdə rayonun 2500 illik tarixə malik oldugu təsdiqlənmişdir. Rayonun Digah kəndində mövcud olan Divalanə qəbirstanlığı alimlər tərəfindən ilk dəmir dövrünə aid edilir. Rayon ərazisində həmçinin e.ə. II əsrə aid Atəşgah aşkar edilmişdir. Qədimdə bu ərazidə kaspilər (xəzərlər) adlı qəbilələr yaşamışdır.
Qızılağac Dövlət qoruğu və Hirkan Milli Parkı Lənkəran rayonunun ərazisində yerləşir.