Horadiz(Fuzuli) seysmik stansiyası
Koordinatlar:
39.460 N, 47.320 E
Yaranma tarixi:
2013-10-23
Stansiya haqqında
Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. Cəbrayıl, Xocavənd, Ağcabədi və Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. Rayon ərazisindən axan Quruçay, Köndələnçay, Qozluçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır. Rayonun əsası 1827-ci ildə qoyulmuş və ilkin adı Qarabulaq olmuşdur. Rayon 8 avqust 1930-cu ildə təşkil olunmuş və Qaryagin adlandırılmışdır. 1959-cu ildə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır.
AMEA nəzdində RSXM-nin seysmik stansiyası Horadiz qəsəbəsində yerləşir.