Heydərabad seysmik stansiyası
Stansiya haqqında
Naxçıvan Muxtar Respublikasının tərkibində olan rayondur. Rayonun sahəsi 151,34 kvadrat kilometrdir. AMEA RSXM-in Heydərabad seysmik stansiyası bu rayonda yerləşir.
Səthi şimalda və şərqdə dağlıq, Arazboyu hissədə bir-birindən tirə və yüksəkliklərlə ayrılan maili düzənlikdən ibarətdir. Cənub-şərqdə Dəhnə və Vəlidağ yüksəklikləri vasitəsilə Şərur düzündən ayrılır. Şimal-qərbdən isə Sarıbulaq dağlarının cənub-şərq ətəkləri ilə sərhədlənib Ağrı düzü ilə birləşir. Düzənlikdə başıaşağı olaraq allüvial və allüvial-prolüvial, dağlıq hissədə, xüsusilə mütləq yüksəkliyi 1100-1200 m-ə çatan Vəlidağda Devon, qismən Təbaşir çöküntüləri yayılmışdır. Ərazidə gil, mərmərləşmiş əhəngdaşı yataq və təzahürləri, mineral su yataqları var. Quru kontinental iqlimə malikdir. Yayı isti, qışı soyuq olur. Ərazisindən Qaraçay, Çapan çayı və Türkiyə sərhədi boyunca Araz çayı axır.