Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

Gədəbəy seysmik stansiyası

Koordinatlar:
40.720 N, 45.780 E
Yaranma tarixi:
2010-12-22

Stansiya haqqında

Gədəbəy rayonu Kiçik Qafqazın orta və yüksək dağlıq zonasında yerləşir.  İnzibati rayon kimi 1930 - cu ildə yaradılmışdır. 

Rayon ərazisində ən yüksək dağ zirvələri bunlardı : Qoşabulaq (3549 m), Qocadağ (2217 m), Qaraarxac (3549 m).

Gədəbəy rayonu ərazisindəki abidələr e. ə. XII - VII əsrləri əhatə edən Xocalı - Gədəbəy mədəniyyətinin bir hissəsi kimi Azərbaycan tarixinə daxildir. Burada tunc dövrünün sonuna aid sklopik tikililər, Böyükqala qalası, Qalakənd qalası (XVI-ci əsr), Qız qalası, XIX-cu əsrdə tikilmiş taglı körpü  kimi tarixi abidələr var. XIX -cu əsrin ortalarında burada mis filiz yataqları tapılmışdir. Gədəbəy rayonunda mis, qızıl ehtiyatları var. XIX əsrin ortalarında Almaniyanin “Simens” firmasi Gədəbəydə iki misəritmə zavodu tikmişdir. 1883 -çü ildə Çar Rusiyası rayonun Qalakənd kəndində ilk su elektrik stansiyasi tikilmiş, Qalakənd misəritmə zavodunda elektroliz üsulu ilə mis əridilmişdir. 

Rayon ərazisində Yura, Təbaşir, Paleogen və Antropogen çöküntülər üstünlük təşkil edir və təbii sərvətlərlə zəngindir. Gədəbəyin inzibati ərazisi 1229.00 kv.metrdir.

Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə