Altıağac seysmik stansiyası
Koordinatlar:
40.860 N, 48.930 E
Yaranma tarixi:
2009-08-22
Stansiya haqqında
Ərazisi əsasən dağlıqdır. Orta əsr tarixçiləri Xızının ərazisini Bərmək mahalı adlandırırdılar. Respublikanın dağlıq relyefə malik olan inzibati rayonları arasında Bakıya ən yaxını Xızıdır. Rayonun şərq hissəsi Xəzər sahilləridir. Bakı -Rostov şosesindən 10 km aralıda cox maraqlı bir təbii hadisə müşahidə etmək olar. Müxtəlif geoloji süxur layları təpəliklərin səthində özünə məxsus rəngi ilə seçilən landşaft yaradir. Mütəxəssislərin fikrincə, buna oxşar geoloji hadisəyə Yer kürəsində burdan başqa, yalnız ABŞ-dakı Ölüm vadisinde rast gəlmək olar. Azərbaycanın ən gözəl qoruqlarından biri olan – Altıağac qoruğu Xızı rayonunda yerləşir. Rayon ərazisində qum, çınqıl, yüksək keyfiyyətli gil ehtiyatlari var.