Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

Ağdam seysmik stansiyası

Koordinatlar:
40.100 N, 47.100 E
Yaranma tarixi:
2013-10-23

Stansiya haqqında

Ağdam rayonu

Qarabağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının cənub-qərbindədir. Mərkəzi Ağdam şəhəridir.

Ağdam rayonunun relyefi, əsasən, düzənlik, qismən dağlıqdır. Düzənlik hissədə Antropogen və Neogen, dağlıq hissədə isə Tabaşir və Yura çöküntüləri yayılmışdır. Əhəngdaşı və s. tikinti materialı (sement xammalı, çınqıl, qum) yataqları vardır. İqlimi, əsasən, mülayim isti, quru subtropikdir. Orta temperatur yanvarda -0,2°C- dən 1,8°C-dək, iyulda isə 23°C-dən 26°C - yə qədərdir. İllik yağıntı 300-550 mm-dir. Rayonun ərazisindən Xaçın və Qarqar çayları axır. Şabalıdı və açıq şabalıdı, dağ tünd şabalıdı və qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. Bitkiləri, əsasən, kol, quru çöl və yarımsəhra (ağot, yovşan, qarağan və s.) tiplidir.

Ağdam rayonunda taxılçılıq, üzümçülük, pambıqçılıq, heyvandarlıq və baramaçılıq inkişaf etmişdir. Dağlıq Qarabağ hadisələri başlayandan Ağdam burada cərəyan edən hadisələrin episentri olmuşdur.

İşğal edilmiş Ağdam şəhəri və 87 kənd oxşarı olmayan bir vəhşiliklə darmadağın edilərək yerlə yeksan olundu.

Ağdamın müdafiəsi üzrə döyüşlərdə 5 min nəfərdən çox azərbaycanlı həlak oldu, minlərlə insan fiziki şikəstlik qazandı, rayonun 126 min nəfərdən çox əhalisi öz doğma ev-eşiyindən qovularaq məcburi köçkünə çevrildi.

2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə imzlaldıqları bəyanata əsasən noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verilib.

Ağdam rayonunun ərazisində qədim tarixə malik olan çoxlu memarlıq və incəsənət abidələri vardır.

Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə