Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

Şuşada seysmik stansiyanın açılması istiqamətində işlər davam edir

18 Oktyabr 2023
Şuşada seysmik stansiyanın açılması istiqamətində işlər davam edir

Qardaş Türkiyə Respublikasının DİN-nin Fövqəladə Hallar və Təbii Fəlakətlərin İdarə edilməsi Agentliyinin (AFAD)-ın AMEA nəzdində RSXM-ə hədiyyə etdiyi quyudibi seysmik stansiyanın quraşdırılması istiqamətində texniki işlər davam etdirilir.

Bununla bağlı AMEA nəzdində RSXM-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov Şuşada səfərdə olub.

Hazırda quyudibi stansiyanın yerləşdiriləcəyi quyunun qazılması prosesi davam edir. Şuşa seysmik stansiyasının bu ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, RSXM tərəfindən Qarabağda, eləcə də digər ətraf rayonlarda da seysmik və geofiziki stansiyaların quraşdırılması nəzərdə tutulur və hazırda bu istiqamətdə işlər davam etdirilir.

Məlumatın videosu ilə aşağıdakı linkdə tanış ola bilərsiniz.

 

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə