Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM-də Dekas, Tadas sistemlərinin təqdimat mərasimi keçirilib

8 Sentyabr 2023
RSXM-də Dekas, Tadas sistemlərinin təqdimat mərasimi  keçirilib

Sentyabrın 8-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Monitorinq mərkəzində Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) Zəlzələ Departamentinin mütəxəssisləri ilə birgə zəlzələ məlumatlarının emalında istifadə olunan  Dekas (Zəlzələlərin parametrlərinin ölçülməsi və analiz sistemi), Tadas (Türkiyə Akselerometrik Məlumat Bazası və Analiz Sistemi) sistemlərinin təqdimat mərasimi  keçirilib.

Mərasimdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli, Türkiyə Respublikası Daxili İşlər Nazirliyi Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin  (AFAD) Zəlzələ Departamentinin rəhbəri, professor Orhan Tatar, Ankara universitetinin professoru Bahadır Aktuğ, AFAD-ın Zəlzələ Departamentinin əməkdaşları Vedat Özsarac, RSXM-nin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova, “Zəlzələlərin tədqiqatı bürosu”nun rəisi, Yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova, “Geodinamika” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent İlyas Kazımov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov iştirak ediblər.

AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli AFAD-ın Zəlzələ Departamenti və RSXM arasında əldə olunmuş Razılaşma Protokolu əsasında seysmik stansiyaların quraşdırılması, kadrların təcrübə mübadiləsi, baş verən zəlzələlərlə bağlı məlumatların mübadiləsinin aparılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr, eləcə də birgə layihələrin həyata keçirilməsinə dair məsələlərdən danışıb.

Tədbirdə iştirak edən AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev Dekas, Tadas sistemlərinin effektivliyini  yüksək qiymətləndirib.

Qeyd edək ki, tərəflər arasındakı razılaşmaya əsasən hər iki tərəfdən sərhəd bölgələrində yerləşən 10 seysmik stansiyaların məlumatlarının qarşılıqlı olaraq mübadiləsi həyata keçirilir.

 

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə