Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM-də AFAD-ın nümayəndələri ilə görüş keçirilib

9 Fevral 2023
RSXM-də AFAD-ın nümayəndələri ilə görüş keçirilib

Fevralın 9-da AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Monitorinq mərkəzində Türkiyə DİN-nin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) nümayəndələri ilə görüş keçirilib. Görüşdə AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli, AFAD-ın nümayəndə heyətinin rəhbəri, professor Bahadır Aktuğ, AFAD-ın Zəlzələ Departamentinin əməkdaşları Vedat Özsarac, Derya Aksel, RSXM-nin “Zəlzələlərin tədqiqatı bürosu”nun rəisi, Yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova, rəis müavini Ruqiyyə Kərimova, “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova, “Geodinamika” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent İlyas Kazımov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov iştirak ediblər.

Görüşdə RSXM-lə AFAD-ın Zəlzələ Departamenti arasında ikitərəfli əməkdaşlıq məsələləri, birgə həyata keçiriləcək layihələr, Şuşada quraşdırılıcaq seysmik stansiya ilə bağlı məsələlər müzakirə olunub.

Qeyd edək ki, fevralın 8-də Şuşada quraşdırılacaq seysmik stansiya ilə bağlı seçilmiş əraziyə baxış keçirilməsi məqsədi ilə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov və AFAD-ın Zəlzələ Departamentinin nümayəndəsi Vedat Özsaraç Şuşada səfərdə olublar. Səfər zamanı türkiyəli mütəxəssis seysmik stansiya quraşdırılacaq ərazi ilə tanış olub.

Xatırladaq ki, Şuşa ətrafında seysmik stansiya quraşdırılması ilə bağlı işlərə artıq start verilib və həmin stansiyanın avadanlıqları qardaş Türkiyə Respublikası tərəfindən Azərbaycana hədiyyə olunacaq.

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə