Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

AMEA-nın Yer Elmləri Bölməsinin 2023-cü ilin nəticələrinə dair illik hesabatına həsr olunmuş iclası keçirilib

22 Yanvar 2024
AMEA-nın Yer Elmləri Bölməsinin 2023-cü ilin nəticələrinə dair illik hesabatına həsr olunmuş iclası keçirilib

Yanvarın 22-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yer Elmləri Bölməsinin 2023-cü ilin nəticələrinə dair illik hesabatına həsr olunmuş iclası keçirilib. İclasda çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın bölmələri üzrə illik hesabatların nəticələri haqqında danışaraq bildirib ki, bütün bölmələr üzrə hesabatlar dinlənilib və bölmələr üzrə ötən il yaxşı nəticələr əldə olunub. Həmçinin AMEA-nın prezidenti çıxışında ötən ilin noyabr ayının 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən AMEA-nın yeni Nizamnaməsinin təsdiqləndiyini qeyd edib. O bildirib ki, AMEA-nın qarşısında duran əsas məsələ Azərbaycan elminin fundamental şəkildə inkişaf etdirilməsi, eyni zamanda elm və təhsilin qarşılıqlı inteqrasiyasının təmin olunması, elmi kadr potensialının yüksəldilməsidir.  

Daha sonra AMEA-nın Yer Elmləri bölməsinin hesabatı təqdim olunub.

Hesabatı AMEA-nın Yer Elmləri bölməsinin rəhbərinin müavini, akademik Fəxrəddin Qədirov təqdim edib. Fəxrəddin Qədirov çıxışında Yer Elmləri bölməsinə daxil olan institut və elmi təşkilatların əldə etdiyi nəticələrdən danışıb.

F.Qədirov çıxışı zamanı bildirib ki, müxtəlif istiqamətlərdə tədqiqatlar aparılıb, alınan mühüm nəticələr var. Fəxrəddin Qədirov çıxışında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin qardaş Türkiyənin Respublikasının Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) ilə olan əməkdaşlıq məsələlərinə toxunub, həmçinin RSXM-nin Qarabağda quraşdıracağı seysmik stansiyalarla bağlı da danışıb. RSXM tərədindən Şuşada seysmik stansiyanın quraşdırılması istiqamətində işlərin aparıldığını deyib.

O, çıxışında ötən ilin fevral ayında Türkiyə Respublikasında baş verən zəlzələ ilə bağlı da danışıb. Azərbaycan seysmoloqları zəlzələnin episentri olan Kahramanmaraş şəhərində geofiziki-seysmoloji tədqiqatlar aparıblar.

F.Qədirov çıxışında 2023-cü ildə mərkəz tərəfindən aparılan elmi tədqiqatlar haqqında da danışıb. Fəxrəddin Qədirov çıxışında həmçinin Geologiya və Geofizika İnstitutu, Həsən Əliyev adına Coğrafiya İnstitutu, Neft və Qaz İnstitutunun əldə etdiyi nəticələri barədə də danışıb.

Daha sonra Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun direktoru, akademik Akif Əlizadə çıxış edib.

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli isə çıxışı zamanı qrant layihəsi əsasında alınmış 22 seysmik stansiyanın ölkəmizə gətirilməsi, quraşdırılması, dünyada ilk dəfə olaraq vulkanların seysmik stansiyalar vasitəsilə öyrənilməyə başladığını qeyd edib. Baş direktor deyib ki, artıq stansiyalar işləyir, çox yaxşı nəticələr var. Həmçinin digər istiqamətdə də tədqiqatlar genişləndirilib.

Daha sonra Coğrafiya İnstitutu və Yer Elmlər bölməsinə daxil olan digər elmi müəssisə və təşkilatların rəhbərləri çıxış ediblər.

AMEA-nın prezidenti İsa Həbibbəyli yekun nitqində bir daha Yer Elmləri bölməsinə daxil olan institut və təşkilatlar qarşısında duran vəzifələr, elmi kadrların potensialının artırılması haqqında danışıb.

Gündəlikdə duran digər məsələlərin müzakirəsindən sonra hesabat qəbul edilib və iclas yekunlaşıb.

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə