Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

AFAD-ın Zəlzələ Departamenti və RSXM arasında birgə işlərin həyata keçirilməsinə dair növbəti müzakirələr keçirilib

2 Dekabr 2021
AFAD-ın Zəlzələ Departamenti və RSXM arasında birgə işlərin həyata keçirilməsinə dair növbəti müzakirələr keçirilib

Azərbaycanda səfərdə olan Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Zəlzələ Departamentinin rəhbəri Murat Nurlu və Zəlzələ Departamentinin şöbə müdiri Vedat Özsaraç dekabrın 2-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində AFAD və RSXM arasında zəlzələlərin tədqiqatı sahəsində birgə həyata keçirilməsi nəzərdə tutulan işlərə dair daha bir görüş keçiriblər.

 

Görüşdə AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli, RSXM-nin baş direktorunun elmi işlər üzrə müavini, texnika üzrə fəlsəfə doktoru Rauf Muradov və müvafiq şöbələrin rəhbərləri iştirak ediblər.

AFAD-ın Zəlzələ Departamentinin rəhbəri Murat Nurlu hazırda qardaş Türkiyədə zəlzələlərin öyrənilməsi sahəsində aparılan işlər və bu sahədə Azərbaycana göstərmək istədikləri dəstək barədə danışıb.

Müzakirələrin nəticəsi olaraq tərəflər əməkdaşlığın çərçivələrinin dəqiqləşdirilməsi və bu istiqamətdə konkret addımların atılması haqqında razılıq əldə ediblər.

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi

 
AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə